Gədəbəy sakinini gözündən bıçaqlayan tutuldu

 Gədəbəy sakinini gözündən bıçaqlayan tutuldu
  13 İyun 2019    Oxunub:1929
Gədəbəydə bıçaqlanma hadisəsi qeydə alınıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Azvision.az -a verilən məlumata görə, iyunun 12-də axşam saatlarında Gədəbəy rayonu Qumlu kənd sakini Zamiq Allahverdiyevin sağ gözünün kəsilmiş göz yarası ilə Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına gətirilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşlarının “isti izlər”lə keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində rayonun Samanlı kənd sakini, 27 yaşlı Əli Sadıqov şübhəli şəxs qismində saxlanılıb.

O, araşdırma zamanı törətdiyi əməli etiraf edərək, Z.Allahverdiyevə aralarında yaranmış mübahisə zəminində bıçaqla xəsarət yetirdiyini bildirib. Faktla bağlı araşdırmalar aparılır.

Azvision.az



Teqlər: DİN   Gədəbəy  





Xəbər lenti