Gələn ildən Xəzər dənizində kruizlər təşkil olunacaq

  13 İyun 2019    Oxunub : 1259
 Gələn ildən Xəzər dənizində kruizlər təşkil olunacaq
Xəzər dənizində kruizlərin təşkilinə 2020-ci ildən başlanılması gözlənilir.
Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə deyib. O bildirib ki, kruiz səyahəti 5 Xəzəryanı dövləti əhatə edəcək.

"Azərbaycan turizminin inkişafı üçün böyük bir imkan var. Bu layihə tam olaraq Rusiyanın layihəsidir. Azərbaycan və digər dövlətlər buna dəstək verir. Qiymətləri Rusiya tərəfi müəyyən edəcək. Əlbəttə, qiymətlər çox yuxarı olsa, biz öz təkliflərimizi verəcəyik ki, daha sərfəli olsun".

K.Quluzadə qeyd edib ki, kruiz üçün Rusiyada "Pyotr Velikiy" gəmisi hazırlanır.

"Biz Astraxan quberniyasının Turizm Nazirliyi və müvafiq dəniz qurumları ilə danışıqlar aparırıq. Azərbaycan həmin gəmi üçün artıq dayanacaq verib".

Aytən Zəhra
Azvision.az

Teqlər: