“Ölkə üzrə yüz min nəfərə 6 hakim düşür” - Nazir müavini

 “Ölkə üzrə yüz min nəfərə 6 hakim düşür” -    Nazir müavini
  13 İyun 2019    Oxunub:1759
"Məhkəmələrin fəaliyyəti, o cümlədən kommersiya məhkəmələrinin yaradılması ilə bağlı mühüm qanun layihələri paketi hazırlanaraq dövlət başçısının qanunvericilik təşəbbüsü ilə Milli Məclisə təqdim edilib".
Azvision.az xəbər verir ki, bunu Ədliyyə nazinin müavini Toğrul Musayev deyib. Nazir müavi bildirib ki, bu gün həmin qanun layihələri parlamentdə birinci oxunuşda müzakirə olunacaq:

“Hələ 2006-cı ildə məhkəmə hakimlərinin sayı 2 dəfə artırılaraq 600-ə çatdırılıb. Bununla belə bu gün ölkədə 100 min nəfərə düşən hakimlərin sayı 6 olmaqla, Avropa ölkələri üzrə orta göstəricidən 3 dəfə azdır. Məhz buna görə fərmanla hakimlərin sayının 200 nəfər artırılması müstəsna əhəmiyyətə malikdir. Bu addım məhkəmə hakimiyyətinin daha da optimal şəkildə qurulması üçün çox vacibdir”.

Elvin Abdulqədirov
Azvision.az




Teqlər: Ədliyyə-Nazlrliyi   Hakim  





Xəbər lenti