Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan
Azvision.az -a verilən məlumata görə, onlar bu kimi xeyriyyə tədbirlərinin keçirilməsini dəstəkləməklə xəstə insanların heç də cəmiyyətdən kənarda qalmadıqlarını nümayiş etdiriblər. Bu aksiyaya qoşulmağı səhhəti imkan verən hər bir insanın vətəndaşlıq borcu olduğu bildirilib.
Polis əməkdaşları tibbi müayinədən sonra qan veriblər. Yığılmış qan Mərkəzi Qan Bankına təhvil veriləcək və talassemiya xəstəliyindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.
Azvision.az