829 min nəfər Putinə sual vermək istəyir
Məlumata əsasən, prezidentlə canlı yayıma qoşulmaq üçün 829 593 müraciət daxil olub. Müraciətlərdən 486 252-i telefonla, 236 546-ı sms və ya mms-lə, 34 300-ü isə sayt vasitəsilə edilib. Bundan əlavə, 41 562 müraciət mobil tətbiqlə, 30 933 müraciət sosial şəbəkələrlə göndərilib.
Qeyd edək ki, Putinlə canlı yayım 20 iyun tarixində Moskva vaxtı ilə saat 12:00-da başlayacaq.
2018-ci ildə Rusiya prezidentinin canlı yayımı 4 saat 20 dəqiqə davam edib. Həmin vaxt 2 milyona yaxın müraciət daxil olub, Putin onlardan 73-nü cavablandırıb.
Aytən Zəhra
Azvision.az
Teqlər: Rusiya Vladimir-Putin Canlıyayım