Ən reytinqli gürcü nazirlərdən biri istefa verdi

 Ən reytinqli gürcü nazirlərdən biri istefa verdi
  18 İyun 2019    Oxunub:2800
Gürcüstanın məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial müdafiə naziri David Sergeenko istefa verib
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, nazir bu barədə jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, istefa qısamüddətli qərar deyil, bu qərara uzunmüddətli məsləhətləşmələr gətirib çıxarıb.

Eyni zamanda, Sergeenko "Gürcü arzusu - Demokratik Gürcüstan" iqtidar partiyasının üzvü olaraq qaldığını bəyan edib.

Qeyd edək ki, Sergeenko Gürcüstan hökumətinin ən reytinqli nazirlərindən biri olub.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Gürcüstan   Nazir   İstefa  





Xəbər lenti