Bu günədək 392 min hektar sahədə taxıl biçilib

Bu günədək 392 min hektar sahədə taxıl biçilib
  18 İyun 2019    Oxunub:2341
Respublika ərazisində taxıl biçini davam edir. Bu il Azərbaycan ərazisində 1009139,8 hektar sahədə taxıl əkini aparılıb. Bunlardan 677793 hektarı buğda, 331346,8 hektarı arpa sahəsidir.
Kənd Təsərrüfatı Nazirliyindən Azvision.az -a verilən məlumata görə, iyunun 18-nə olan operativ məlumata görə, ölkə ərazisində 392451,4 hektar ərazidə taxıl biçini aparılıb, 262477,1 hektar ərazidə arpa, 129974,4 hektar ərazidə buğda biçini başa çatıb. Ümumilikdə bu günədək ölkə üzrə 1210443 ton taxıl yığılıb, orta məhsuldarlıq hər hektara 30,8 sentner təşkil edir.

Bərdə, Zərdab və Yevlax rayonlarında arpa biçini başa çatıb. Kürdəmir, Sabirabad, Beyləqan, Cəlilabad, Masallı, Qax, Biləsuvar, İmişli, Saatlı, rayonlarında arpa biçini başa çatmaq üzrədir. Kürdəmir ərazisində arpa əkilmiş 29926 hektar sahənin 29590 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 33,3 s/ha təşkil edir. Sabirabad ərazisində arpa əkilmiş 9600 hektar sahənin 9565 hektarı artıq biçilib.

Rayonda arpa üzrə məhsuldarlıq 37,5 s/ha təşkil edir. Şəki, Cəlilabad, Masallı, Hacıqabul, Salyan, Ağsu, Ağdaş, Bərdə, Goranboy, Qax, Ağcabədi, Füzuli, Ağdam, Tərtər rayonlarında da arpa biçinində yüksək nəticələr əldə edilib.

Azvision.az


Teqlər: KTN   Taxıl  





Xəbər lenti