Əli Kərimlini tənqid edən jurnalistə “zombilər”in hücumu - FOTO

Əli Kərimlini tənqid edən jurnalistə “zombilər”in hücumu -  FOTO
  19 İyun 2019    Oxunub:6178
Özünü AXCP sədri kimi təqdim edən, əslində fəaliyyəti blogerlikdən ibarət olan Əli Kərimli və azsaylı tərəfdarlarının belə bir absurd mövqeyi var: “Əgər kim iqtidarın gördüyü işlərə müsbət rəy verirsə, onu müdafiə edən mövqe tutursa, deməli, “troll”dur. Və dərhal onu sosial şəbəkələrdə linç etmək lazımdır”.
Dəfələrlə bu kimi halların şahidi olmuşuq. Hələ də dünyaya qara eynəklə baxan klaviatura "qəhrəmanları"nın növbəti hücumuna ABŞ-da yaşayan azərbaycanlı jurnalist-bloger İsmayıl Cəlilov məruz qalb.

Əli Kərimlinin "Youtube"də yayımlanan videosuna tənqidi şərh yazan jurnalist bir anda cəhbəçilərin kütləvi təqhirləri ilə üzləşib.

Cəlilov başına gələnlər barədə "Facebok" profilində yazıb: “Səhər oyandım. AXCP trolları "sabahın xeyir" dedi. Facebookum yenə də bloklanmışdı. Bu videoda təhqir yox, tənqid olub. Amma Əli Kərimlinin trolları profilimə hücum edib, təhqirlər yazdılar. Tənqid edən şəxsə təhqir kampaniyası ilə cavab verən bu qrupdur”.



Jurnalist haqlı olaraq Ə.Kərimlidən baş verənlərə münasibət bildirməyini tələb etsə də, bunun tam əksi baş verib. Nəticədə qaragüruhçu dəstənin təhqirləri daha da şiddətlənib və trol şəbəkəsi əxlaq normalarını bir qədər də aşıb.

“Guya siz trollarınızın olduğunu bilmirsiz. Güya mən birinciyəm. Nə ilkəm, nə də son. Bisavad sürünüz nə qədər adamı bezdirib daha. Onlardan fərqli olaraq, mən bisavad, kompüter arxasında şirlik edən, rəhmətlik anama "…" deyən, amma mitinqə icazə gözləyən sürüdən qorxmuram və çəkinmirəm”, - İ.Cəlilov qeyd edib.



Bütün bunlar bir daha onu göstərir ki, özünü "demokratiya fədaisi" kimi qələmə verən Əli Kərimli və onun idarə etdiyi trol şəbəkəsinin adi tənqidlərə belə dözümü yoxdur. Ən yaxşı halda bacardıqları iş əks fikirli insanları ağır sözlərlə təhqir etməkdən ibarətdir. Bu isə qətiyyən siyasi mübarizəyə, əxlaq normalarına sığmayan hərəkətlərdir. Görünür ki, "qırmızı xətti" aşan cəbhəçilər üçün artıq heç bir dəyər qalmayıb.



"Mən başa düşmürəm Əli Kərimli peyğəmbərdir? Onu tənqid etmək olmaz? Bəlkə peyğəmbərdir, gedim məscidə öyrənim? 4000 nəfərin izlədiyi bir kanaldakı tənqiddən qorxan insanların "demokratik" ideyalarına... Belə alçaq hərəkət gözləmirdim. Bisavad sürüsü. Bir söyüşü belə savadla yaza bilmirsiniz. Normal cümlə qura bilmirsiniz. Siz quracaqsınız müstəqil Azərbaycanı? Siz quracaqsınız demokratik Azərbaycanı? Sizsiniz müstəqil Azərbaycanın gələcəyi? Əlinizdə heç bir ixtiyar yoxdur, alçaqca ixbar edirsiniz məni”, - deyə jurnalist canlı yayımda söyləyib.



Bloger əlavə edib ki, onun auditoriyası balaca olsa da, Əli Kərimli ondan qorxur: “Məni izləyən azdırsa, niyə məndən qorxurlar? Niyə səhifəmdən səhər-axşam ana, ata söyüşləri təmizləməliyəm? Əli Kərimli bunlar sənin tərəfdarlarındır. Xahiş edirəm, öz tərəfdarlarınıza göstəriş verin ki, mediaya basqı etmək olmaz. Siz belə susqun dayanmaqla, görməzdən gəlməklə özünüzə rəğbət qazanmırsınız. Özünüzə lider deyirsinizsə, liderlik edin. Bu adamalara yol göstərin. Kanalım balacadır deyə efirimə çıxmırsınız. Bəs onda arxanızca gedən məxluqlar nədən qorxur? Məndə bir sual yaranır ki, siz iqtidara gəlsəniz nə kimi cəmiyyət quracaqsınız? Hələ müxalifətdəsiniz. Baxın görün tərəfdarlarınız nələr edir. Siz iqtidara gələndə jurnalistlərin başına nə oyun açacaqsınız? Budur, sizin Azərbaycanla bağlı vizyonunuz?”

İ.Cəlilov sonda vurğulayıb ki, Əli Kərimlinin gələcəklə bağlı heç bir planı, proqramı yoxdur: “Əli Kərimlinin jurnalist Sevinc Osmanqızı ilə 2 saatlıq canlı yayımını izlədim. Amma Azərbaycanın gələcəyi haqqında heç bir söz eşitmədim. Platformanız haqqında heç nə eşitmədim. Sizə inanmıram. Gələcək haqqında danışın”.

Kənan Məmmədov
Azvision.az


Teqlər: AXCP   Kərimli   Troll  





Xəbər lenti