Minimum əməkhaqqı və pensiyalar artırılacaq

      Minimum əməkhaqqı və pensiyalar artırılacaq
  12 Noyabr 2024    Oxunub:1087
Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən növbəti ildə həyata keçiriləcək yeni sosial paket çərçivəsində minimum əməkhaqqı və pensiyalar artırılacaq.
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev COP29 çərçivəsində jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, bununla bağlı təkliflər hazırlanıb:

“Bununla bağlı digər məsələlər Milli Məclisdə gələn il dövlət müzakirəsi zamanı diqqət mərkəzində olacaq. Müvafiq dövlət büdcəsində nəzərə alınıb. Dövlət büdcəsinin yekununda sonra elan ediləcək”.

AzVision.az


Teqlər: Pensiya   Maaş  





Xəbər lenti