Məmmədyarov Con Boltonla Qarabağı müzakirə etdi

Məmmədyarov Con Boltonla Qarabağı müzakirə etdi
  20 İyun 2019    Oxunub:2608
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə ABŞ Prezidentinin təhlükəsizlik üzrə müşaviri Con Bolton arasında görüş keçirilib.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib.

XİN rəsmisi vurğulayıb ki, tərəflər görüş zamanı Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla bir sıra məsələləri müzakirə ediblər.

"Xarici İşlər naziri Elmar Məmmədyarov və Con Bolton Ermənistan və Azərbaycan arasındakı münaqişənin nizamlanmasının hazırki mərhələsi, həmçinin mahiyyəti üzrə danışıqların irəli aparılması imkanları, eləcə də regiondakı vəziyyət də daxil olmaqla müxtəlif məsələlər üzrə müzakirələr və fikir mübadiləsi aparıblar", - deyə L.Abdullayeva qeyd edib.

Azvision.az



Teqlər: XİN   Məmmədyarov   Qarabağ   Con-Bolton  





Xəbər lenti