Komitə rəsmisi: “Ölkədə dini ədəbiyyata maraq var”

  Komitə rəsmisi:  “Ölkədə dini ədəbiyyata maraq var”
  20 İyun 2019    Oxunub:3345
Azərbaycanın milli-mənəvi dəyərlərinə zidd olan dini ədəbiyyatların idxalı və ölkədə istehsalı azalıb.

Azvision.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib. O bildirib ki, Azərbaycana dini ədəbiyyatların idxalı və istehsalı prosesi davam edir.
"Bunlar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin müvafiq şöbəsinin ekspertizasından keçir. Əgər bu ədəbiyyatlar bizim milli-mənəvi dəyərlərimizə ziddiyyət təşkil edirsə, hansısa dini ədavəti qızışdıran fikirlər, ümumiyyətlə, tolerantlıq, multikulturalizmə qarşı fikirlər varsa, belə ədəbiyyatların idxalına icazə verilmir. Ölkədə dini ədəbiyyatın oxunmasına maraq var. Çalışırıq ki, dini ədəbiyyatlar Azərbaycanın milli-mənəvi dəyərlərini təbliğ edə bilsin və Azərbaycan yazarlarının dini ədəbiyyatları daha çox istehsal olunsun".

S.Heydərov qeyd edib ki, xarici ölkələrdən idxal olunan ədəbiyyatların əksəriyyətində Azərbaycanın milli-mənəvi dəyərləri ilə uzlaşmayan məqamlar var.

"Əvvəllər xaricdən idxal olunan dini ədəbiyyatlarda bu məqamlarla daha çox rastlaşırdıq. Artıq son illərdə bunlar nadir məsələyə çevrilib. İdxal edən və dini ədəbiyyat istehsal edən fiziki şəxslər də bizim tələbləri bilirlər. Ona görə də bizə yad olan dini ədəbiyyatların idxalı və istehsalı azalıb".

Aytən Zəhra
Azvision.az



Teqlər: Din   Ədəbiyyat   Kitab   Komitə  





Xəbər lenti