Parlamentdə Məmmədyarovun məktubu oxundu
Nazir qeyd edib ki, QDİƏT-in tam hüquqlu üzvü olaraq Azərbaycan üçün ticarət, nəqliyyat, energetika, turizm, kənd təsərrüfatı, İKT sahəsində əməkdaşlıq önəmlidir:
“Bununla yanaşı, Azərbaycan QDİƏT-ə sədrlik etdiyi dövrdə ticarət vasitəsi ilə əlaqələri gücləndirmək və regional ticarətlə bağlı bir sıra tədbirlər həyata keçirib. Eyni zamanda sərhədlərdən keçmə, əməkdaşlığın inkişafı istiqamətində səylər göstərilib. Ümidvaram ki, növbəti ölkənin sədrliyi dövründə əməkdaşlığın belə vacib sahələri həmişə diqqət mərkəzində olacaq”.
E.Məmmədyarov məktubunda vurğulayıb ki, Qara dəniz regionunun rifahı gələcəkdə yaxşı qonşuluq, qarşılıqlı anlaşma və tolerantlıq yolu ilə təmin oluna bilər: “Bu baxımdan, İstanbul sammiti Bəyannaməsində nəzərdə tutulan prinsiplərə uyğun olaraq, Azərbayan QDİƏT dövlətlərində sülh, sabitlik və inkişafın artırılması istiqamətində səyləri artırmağa çağırır. Baş Assambleyaya uğurlu işlər arzu edirəm. İnanıram ki, görülən işlər əməkdaşlığımıza mühüm təkan verəcək”.
Anar Kəlbiyev
Azvision.az
Teqlər: XİN Milli-Məclis Məmmədyarov