“Azərbaycan Ordusu olmasa, bu torpaqlarda islam olmaz” - Sədr müavini

   “Azərbaycan Ordusu olmasa, bu torpaqlarda islam olmaz” -    Sədr müavini
  20 İyun 2019    Oxunub:6099
"Orduda hansısa dini baxımdan qadağanın olduğunu deyirlər. Həmin insanlara bir cavabım var. Şuşada, Ağdamda məscid var idi. Bu gün həmin məscidlər fəaliyyət göstərmir, dağıdılıb və ya təhqiramiz şəkildə müsəlmanın inancına zidd olan heyvan saxlanılır. Bərdə, Tərtər, Kürdəmir, Bakıda məscidlər var, ermənilər təbii ki, bu əraziləri tutmaq istəyərlər. Bunu edə bilməmələrinin səbəbi Azərbaycan Silahlı Qüvvələrinin olmasıdır"
Azvision.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib. O bildirib ki, Azərbaycan Silahlı Qüvvələri, əsgəri təkcə bu ölkənin ərazi bütövlüyünü, Azərbaycan xalqını qorumur, həm də Cənubi Qafqazda islam dininin qarantıdır.

"Onlar olmasa, Allah etməsin məscidlərimiz, ibadət evlərimiz də Şuşa məscidinə çevrilə bilər. Ermənilər işğal altında olan alban kilsələrini qriqoryanlaşdırdığı kimi, bu torpaqlarda olan kilsələri də qriqoryanlaşdırarlar. Bunu edə bilməmələrinin səbəbi Azərbaycan əsgəridir. Azərbaycan əsgəri bu torpaqlarda dini tolerantlığın qarantıdır. Bəziləri Azərbaycan Ordusu, əsgərlərlə bağlı böhtan atmaq istəyirlər. Bəziləri öz əsgərlərinə Allahın adı ilə müraciət edirlər: Ceyşullah, Hizbullah. Fikrimcə, tolerantlığın mühafizəçisi Azərbaycan Ordusudur. Onlar olmasa, bu torpaqlarda nə islam, nə tolerantlıq olacaq. Ona görə də Azərbaycan əsəgrinə din adı altında hansısa ləkə yaxmaq kökündən böhtandır, yanlışdır".

Aytən Zəhra
Azvision.az



Teqlər: Gündüz-İsmayılov   Ordu   Din   Əsgər  





Xəbər lenti