“Elnur Süleymanov qisas niyyətilə cinayət törədib” - Rüstəm Usubov
R.Usubov vurğulayıb ki, Azərbaycanda namus və digər əsaslarla törədilən qəsdən adam öldürmə cinayətləri ilə bağlı daim təhlillər aparılır. Bunun nəticəsində müəyyən profilaktik tədbirlər görülür, təqdimatlar edilir. Onun sözlərinə görə, Azərbaycanda qətl hadisələrinin sayı ildən-ilə azalır, cinayətəlrin açılma faizi isə yüksəlir.
Qeyd edək ki, iyunun 17-də Ağstafada 4 nəfərin ölümü, 3 nəfərin yaralanması ilə nəticələnən silahlı insident baş verib. Hadisə rayonun Böyük Kəsik kəndində yerləşən bazarda qeydə alınıb. Kütləvi qətlə iki ailə arasında qan davası səbəb olub. Ağstafa rayonunun Sadıxlı kənd sakini Elnur Süleymanov atasının qisasını almaq niyyətilə Şərqiyyə Musayeva, oğlanları Novruz və Şəmiddin, həmçinin Ağgöl kənd sakini Zeynəb Cəlilovanı "Kalaşnikov" markalı avtomat silahı ilə qətlə yetirib. O, daha sonra polisə gedərək könüllü təslim olub.
Azvision.az
Teqlər: Rüstəm-Usubov Ağstafa Qətl