“Yanardağ”da qiymət artımı yerli turistlərə şamil olunmur
Bundan əlavə, “Yanardağ” və “Atəşgah məbədi" qoruqlarına giriş hüququ verən kombinə olunmuş 11 AZN-lik biletlər, həmçinin qruplar üçün xüsusi güzəştlər mövcuddur.
Qeyd edilib ki, xarici turistlər üçün paket olaraq turlar təşkil edən turizm agentlikləri özləri haqqında məlumatı (ad, soyad, VÖEN, hüquqi şəxslərin dövlət reyestrindən çıxarış) və 1 iyul tarixinə kimi turizm xidmətlərinin göstərilməsinə dair rəsmi olaraq bağlanılmış qüvvədə olan müqavilələrini 20 iyul 2019-cu il tarixinədək [email protected] email ünvanına göndərməklə qeydiyyatdan keçə və bununla da cari ilin sonunadək əvvəlki qiymətlərlə bilet əldə edə bilərlər:
"Qeyd olunan şərtlər yalnız göstərilən tarixə qədər (20 iyul 2019-cu il) qeydiyyatdan keçən şirkətlərə şamil olunacaq. Turistlərin rahatlığı üçün qoruğa giriş biletləri bilet satışı ofisi ilə yanaşı, www.iticket.az və qoruğun rəsmi veb saytından (www.yanardag.az) onlayn əldə edilə bilər".
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 17 iyul 2018-ci tarixli Sərəncamına əsasən “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun rekonstruksiyası, beynəlxalq standartlara uyğunlaşdırılması və qoruq ərazisində müasir turizm infrastrukturunun yaradılması məqsədilə genişmiqyaslı bərpa-yenidənqurma işlərinin başa çatdırılması ilə əlaqədar iyunun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə qoruğun açılış mərasimi baş tutub.
Azvision.az