“Qarabağda sülhməramlı qüvvələr yerləşdirilə bilər” - Eldar Quliyev
O, Ermənistanda girov saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərovun məsələsini qaldırıb: “Erməni separatçıları işğal altında olan Azərbaycan ərazilərinə əzizlərinin məzarlarını ziyarətə gedən Azərbaycan vətəndaşlarından birini öldürüb, ikisini isə girov götürüb. Bütün bunlar göstərir ki, ermənilər qeyri-konstruktiv mövqedədirlər”.
E.Quliyev xatırladıb ki, cəbhə bölgəsində atəşkəsin olmasına baxmayaraq, Azərbaycan itkilərə məruz qalır: “Bu yaxınlarda iki hərbiçimiz şəhid olub. Onlardan biri mayor, o biri isə əsgər olub. Təəssüflər olsun ki, Ermənistanın Müdafiə naziri həmin erməni hərbçiləri mükafatlandırıb. Bizim parlament və digər səviyyələrdə apardığımız səylər nəticəsini vermir. Bizim vətəndaşlarımızın hüquqları bu gün də ermənilər tərəfindən pozulur”.
Deputat Azərbaycanın sülh tərəfdarı olduğunu vurğulayıb: “Dağlıq Qarabağda sülhməramlı qüvvələr yerləşdirilə bilər. Belə olan halda, iki xalqın birlikdə yaşaması mümkün olar. Biz buna hazırıq”.
Anar Kəlbiyev
Azvision.az
Teqlər: Eldar-Quliyev