Miqrasiya Könüllüləri daha bir layihəyə qoşulub VİDEO+FOTOLAR

  21 İyun 2019    Oxunub : 1650
Miqrasiya Könüllüləri daha bir layihəyə qoşulub VİDEO+FOTOLAR
Miqrasiya Könüllüləri “Qaçqınlarla birgə addımlayaq” layihəsinə qoşulublar.
Dövlət Miqrasiya Xidmətindən Azvision.az-a verilən məlumata görə, 20 iyun - Ümumdünya Qaçqınlar Günü münasibətilə Miqrasiya könüllüləri Dövlət Miqrasiya Xidmətinin Qaçqın statusunun müəyyənləşdirilməsi idarəsinin əməkdaşları ilə birgə “Qaçqınlarla birgə addımlayaq” layihəsi çərçivəsində ölkəmizdə məskunlaşmış bir qrup qaçqın ailələrinin üzvləri ilə görüşüb, topladıqları geyim və hədiyyələri onların övladlarına təqdim ediblər, çay süfrəsində söhbətləşib daha sonra şəhər gəzintisinə çıxıblar. Unudulmaz gün üçün ailə üzvləri Miqrasiya Könüllülərinə təşəkkürlərini bildiriblər.

Bu barədə bəhs edən video çarx Ümumdünya Qaçqınlar Günü münasibətilə Beynəlxalq Muğam Mərkəzində keçirilən tədbirdə təqdim olunub.










Azvision.az

Foto


Teqlər: DMX