Komitə: “Bütün dinlərin inkişafına kömək edirik”
"Dünyanın heç bir ölkəsində bir kilometrdən az radiusda hər üç dinin yanaşı olması faktı qeydə alınmayıb. Biz dövlət olaraq nəinki bu dinlərin inkişafına kömək edirik, müəyyən istiqamətdə onlara yardım da göstəririk. Azərbaycan dövləti hər il onlar üçün kifayət qədər vəsait ayırır. Azərbaycanda heç bir dövlətdə olmadığı qədər yəhudi sinaqoqları, xristian məbədləri tikilib və istifadəyə verilib. Digər ölkələrdə hər hansı bir dini icma öz dini məbədini tikmək istəyəndə dövlət onlara deyir ki, vətəndaşlarınızdan toplayın, onların iyanəsi ilə özünüzə məbəd tikin. Azərbaycan isə həmin insanlara məbədlərin tikiliməsi üçün əlindən gələni edir".
S.Salahlı vurğulayıb ki, bu işləri həyata keçirmək üçün 2001-ci ildə yaradılan komitə böyük işlər görür: "Komitənin fəaliyyətinin nəticəsidir ki, Azərbaycanda dini sabitlik hökm sürür. Biz Azərbaycanda fəaliyyət göstərən bütün dini konfensiyaların fəaliyyətini əlaqələndirməklə, onların ölkədə azad şəkildə fəaliyyət göstərdiyini dünyaya bəyan edirik".
Aytən Zəhra
Azvision.az