Bu küçədə rənglənmə işləri aparılacaq

Bu küçədə rənglənmə işləri aparılacaq
  21 İyun 2019    Oxunub:1307
Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün axşam saat 22:00-dan səhər saatlarınadək Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.
Bu barədə Azvision.az "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən bildirilib.

Bu üzdən sürücülərdən sözügedən küçələrdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Azvision.az


Teqlər: Küçə   Rənglənmə   Azəravtoyol  





Xəbər lenti