Mənəvi Dəyərlərin Təbliği Fondu müsabiqə elan edib

  21 İyun 2019    Oxunub : 1351
Mənəvi Dəyərlərin Təbliği Fondu müsabiqə elan edib
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu 22 iyul – Azərbaycanda Milli mətbuat və Jurnalistika günü ilə əlaqədar olaraq media nümayəndələri arasında “Milli mətbuat – milli düşüncə” mövzusunda məqalə müsabiqəsi elan edir.
Qurumdan Azvision.az -a veriilən məlumata görə, müsabiqəyə milli-mənəvi dəyərlərin təbliği, mediada mənəvi dəyərlər və milli düşüncənin inkişafı, Ulu Öndər Heydər ƏliyevPrezident İlham Əliyevin milli mətbuat və jurnalistika sahəsinə göstərdiyi diqqət və qayğı ilə bağlı, eləcə də mətbuatın inkişaf perspektivləri ilə bağlı məqalələr göndərilə bilər.

Məqalə innovativ və əhatəli olmalıdır;

Müsabiqə elan olunduqdan sonra, qəzet və ya elektron internet portallarında dərc edilməlidir;
Məqalənin həcmi 8 000 (səkkiz min) işarədən artıq olmamalıdır. (1,5 aralıq məsafə ilə təxmiən 3-4 A4 formatlı vərəq həcmində);
Yazılar qəzetdə dərc edilərsə: A4 formatlı vərəqdə (Times New Roman 14 şrift) və 1 nüsxə qəzet şəklində Fonda təqdim olunmalıdır;
Elektron portalda dərc edilərsə: A4 formatlı vərəqdə (Times New Roman 14 şrift) çap olunmalı və link əlavə edilərək Fonda ([email protected]) təqdim edilməlidir.

Mükafat:

I yer - 600 AZN (1 nəfər)
II yer - 400 AZN (1 nəfər)
III yer – 200 AZN (1 nəfər)
Hər biri 100 AZN olmaqla 3 həvəsləndirici mükafat. Müsabiqənin müddəti: 21 iyun – 20 iyul 2019-cu il.

Azvision.az

Teqlər: Yazı