Qərbi Avropadan Azərbaycana gələnlərin sayı 2 dəfə artıb - FOTO
Bildirilib ki, bu artımın ən böyük hissəsi Rusiya (11 min), Gürcüstan (10 min) və Qərbi Avropa (8.9 min) ölkələrinin payına düşür.
"Qərbi Avropa regionu 102% göstərici ilə Azərbaycanın turizm statistikasında daim öndə olan digər ölkələri xeyli dərəcədə geridə qoyaraq 2 dəfə artıb. Bu göstərici böyük ehtimalla mayın 29-da UEFA Avropa Liqasının final oyununu izləməyə gəlmiş futbolsevərlərin Bakıya axınının nəticəsində baş verib. Mərkəzi Asiya ölkələrindən gələnlərin sayında 58% və ya 4 min nəfər qeydə alınaraq əhəmiyyətli dərəcədə artım müşahidə olunub. Yekun olaraq, 2019-cu ilin yanvar-may aylarında Azərbaycana gələn xarici səyahətçilərin ümumi sayı 2018-ci ilin eyni dövrünə nisbətdə 4% artıb"-, deyə məlumatda qeyd olunub.
Azvision.az
Teqlər: Turizm