Azərbaycan “TARSİM” modelinə keçir

   Azərbaycan “TARSİM” modelinə keçir
  28 İyun 2019    Oxunub:1760
Türkiyənin “TARSİM” modelini qısa müddətdə Azərbaycanda həyata keçirməyə çalışacağıq.
Azvision.az xəbər verir ki, bunu Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev deyib. Onun sözlərinə görə, yeni qəbul olunan “Aqrar sığorta haqqında” qanunun, eyni zamanda “Sığorta haqqında” qanuna dəyişiklik edilərək müştərək sığorta prinsipinin tətbiqi “TARSİM” modelidir:

"Qanun prezident tərəfindın təsdiq olunmalı, aqrar sığorta orqanı təsis olunmalıdır. Sığorta şirkətlərinin iştirakı ilə idarəedici qurum yaradılmalıdır, məhsullar hazırlanmalı, elektron sistem istifadəyə verilməlidir. Çalışacağıq ki, növbəti əkin ilindən fermerlər bundan istifadə etsinlər".

Aytən Zəhra
Azvision.az



Teqlər: TARSİM  





Xəbər lenti