Gömrükdə növbəti siqaret əməliyyatı

Gömrükdə növbəti siqaret əməliyyatı
  28 İyun 2019    Oxunub:1897
Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumatlar əsasında 3 fakt üzrə 7200 ədəd müxtəlif markalı siqaretlərin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsindən Azvision.az -a verilən məlumata görə, İdarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, Azərbaycan Respublikası vətəndaşlarının idarə etdiyi "Opel Vectra", "Opel Astra" , "QAZ-3102" markalı avtomobillər saxlanılıb və gömrük baxışı keçirilib.



Baxış zamanı avtomobillərin gizli saxlanc yerlərindən 2000 ədəd "Senator", 3400 ədəd "King", 1800 ədəd "Marlboro" markalı siqaretlər aşkarlanıb.

Hər üç faktla bağlı araşdırma aparılır.



Azvision.az


Teqlər: Siqaret   Gömrük  





Xəbər lenti