Şəmkirdə qəza, 1 nəfər ölüb

  28 İyun 2019    Oxunub : 648
Şəmkirdə qəza, 1 nəfər ölüb
Şəmkir rayonu ərazisində “VAZ-2107” və “ZİL” markalı avtomobillər toqquşub.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, iyunun 27-də saat 15 radələrində Şəmkir rayonunun Sabirkənd kəndi ərazisində rayon sakini Elmar Tağıyevin idarə etdiyi “VAZ-2107” və Tovuz rayon sakini Zahid Həsənovun idarə etdiyi “ZİL” markalı avtomobillər toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilmiş E.Tağıyev orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az

Teqlər: Qəza   Şəmkir