Milli Arxiv İdarəsindən
Azvision.az -a bildirilib ki, 2018 və 2019-cu ilin cari dövrünü əhatə edən fotosənədlər Prezident İlham Əliyevin rəsmi qəbullarını, xarici ölkələrə rəsmi və işgüzar səfərlərini, yüksək səviyyədə keçirilən tədbirlərdə çıxışlarını, konfranslarda iştirakını, dövlət investisiya xətti ilə tikilən istehsalat komplekslərini, mədəniyyət və səhiyyə ocaqlarının açılışını, yol-infrastruktur obyektlərinin, sosial-təminat mərkəzlərinin istifadəyə verilməsini və digər məsələləri əks etdirir.
Hazırda arxivdə fotosənədlərin Milli Arxiv Fonduna qəbulu rəsmiləşdirilir.
Azvision.az