“Lider” efir formatını dəyişdi - TV-dəki yeniliklər
O, bildirib ki, hazırda kanalda 3 yeni layihə fəaliyyətə başlayıb: “Bunlar “Gələcəyə doğru”, "Vətənim Azərbaycan” və “Geosiyasət” verilişləridir. Yaxın vaxtlarda iki yeni layihəmiz start götürəcək. Verilişlərdən birinin aparıcısı siyasi şərhçi, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev olacaq. Digər layihəmiz də analitik, siyasi proqramdır. Proqramın adı hələlik sirr olaraq qalsın. Amma onu deyə bilərəm ki, çox maraqlı, gündəm olacaq bir layihədir. Yeni layihələrimiz analitik, siyasi verilişlər olsa da, mövzu, istiqamət baxımından bir-birindən fərqlənirlər. Yeni studiyalarımız hazırlanıb və verilişlərin hamısı orada təqdim olunur. İşə böyük bir komanda cəlb olunub. Bu yayı biz dayanmayacağıq, işləyəcəyik”.
Departament rəhbəri qeyd edib ki, yeni verilişlərlə yanaşı bir sıra layihələr də bərpa olunub: “Artıq “Mövqe” bərpa olunub. Bundan başqa “Seçim” tok-şousu gedir. “Ekonomiks” iqtisadi xəbər buraxılışımızı da bərpa etmişik. Aparıcı və qonaqla böyük bir veriliş olaraq efirdədir. Eyni zamanda həftəsonu həftəlik iqtisadiyyat xəbərləri təqdim olunur. Bununla yanaşı, həftəsonu efirdə olan region xəbərlərimiz də bərpa olunub. Burada həftə ərzində regionlarda baş vermiş mühüm hadisələrlə bağlı zəngin buraxılış təqdim olunur. Bundan başqa, xarici xəbərlər “Səda Dünya” adı altında ayrıca efirdə olur. “Səda Səhər”i sırf xəbər formatına çevirmişik. Proqramda dəvət olunan qonaqlarla ictimai-siyasi, sosial mövzuların, daha çox Prezident İlham Əliyevin sərəncamları, əhalinin rifah halının yaxşılaşdırılması yönündə qəbul olunan qərarların müzakirəsi təşkil olunur. Eyni zamanda günün aktual məsələləri, yeniliklər, dövlət qurumlarının gördükləri işlərlə bağlı müzakirələr aparılır, xəbər formatında reportajlar təqdim olunur. Bir sözlə “Lider” efir formatını dəyişib və tamaşaçılar bizi sırf xəbər formatlı kanal kimi izləməyə başlayacaqlar. Çünki bu istiqamətdə kurs götürmüşük. Bu kursu davam etdirəcəyik. Ola bilər ki, gələcəkdə sırf bu formatda efirdə olacağıq”.
Kənan Məmmədov
Azvision.az