Yasamalda yolların yenidən qurulmasına 8,6 milyon ayrıldı

 Yasamalda yolların yenidən qurulmasına 8,6 milyon ayrıldı
  29 İyun 2019    Oxunub:2182
Yasamal rayonunda avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi üçün 8,6 milyon manat ayrılıb.

Azvision.az xəbər verir ki, Prezident İlham Əliyev “Bakı şəhərinin Yasamal rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.
Sərəncama əsasən, Bakının Yasamal rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 8,6 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Azvision.az



Teqlər: Prezident   Yol   Yasamal   Sərəncam  





Xəbər lenti