Soyğunçuluq edən şəxslər saxlanıldı - FOTOLAR

Soyğunçuluq edən şəxslər saxlanıldı -    FOTOLAR
  29 İyun 2019    Oxunub:1913
Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini H. Həsənli rayon ərazisindəki parkların birində ona yaxınlaşan şəxslərin mobil telefonunu almalarını, geri istədikdə isə bıçaqla hədələyərək aradan çıxdıqlarını bildirib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanıb.

9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.

Araşdırma zamanı onların Bakı şəhər sakinləri M. Qasımov, H. Qurbanov, S. Məmmədov və N. Məmmədov olduqları müəyyən edilib.

Onların digər cinayət əməlləri də istisna edilmir. Bu şəxslərin əməllərindən zərər çəkən digər şəxslər də varsa, bu barədə DİN-in “102-Zəng Mərkəzi”nə, Səbail RPİ-yə və 9-cu Polis Bölməsinə müraciət edə bilərlər.







Azvision.az


Teqlər: DİN   Cinayət   Soyğunçuluq  





Xəbər lenti