FHN partlayışla bağlı məlumat yaydı

FHN partlayışla bağlı məlumat yaydı
  29 İyun 2019    Oxunub:2475
Quba rayonunun Amsar kəndində ümumi sahəsi 48 m² olan kürsülü, birmərtəbəli 2 otaqlı evin həyətyanı sahəsində həcmi 40 litr olan məişət qaz balonunda yanğınla nəticələnən ani partlayış baş verib.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, yanğın nəticəsində evin döşəməsi 4 m² sahədə yanıb. Yanğın zamanı 4 nəfər xəsarət alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az



Teqlər: FHN   Quba   Partlayış  





Xəbər lenti