Əmək müqavilələrinin sayı artıb

Əmək müqavilələrinin sayı artıb
  29 İyun 2019    Oxunub:1849
Prezident İlham Əliyevin sosial islahatlar proqramına uyğun olaraq cari ildə minimum əməkhaqqının artırılması, eləcə də digər stimullaşdırıcı tədbirlər, özəl sektorda yeni vergi-sığorta güzəştlərinin tətbiqi bu ilin 5 ayında əmək müqavilələrinin sayının 95 min artmasına imkan verib.
Azvision.az xəbər verir ki, bu fikir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin işəgötürənlər üçün Bakının Xəzər rayonunda təşkil etdiyi maarifləndirmə tədbirində vurğulanıb.

Qeyd edilib ki, dövlət başçısının yeni sosial paketinin tərkib hissəsi kimi 18 iyun 2019-cu il tarixdə imzalanan Sərəncamla minimum əməkhaqqının növbəti dəfə olmaqla 40 faizədək artırılması da bu istiqamətdə yeni irəliləyişə imkan verəcək.

“İstirahət vaxtı və işçilərin məzuniyyət hüquqları. Məzuniyyət hüququ və onun təmin edilməsi” və “Qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzularına həsr olunmuş tədbirdə hər iki mövzu ilə bağlı iştirakçılar ətraflı məlumatlandırılıb. İşçilərin məzuniyyət hüquqları ilə bağlı qanunvericilikdən irəli gələn prinsiplər, əmək məzuniyyətlərinin, əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə, əmək stajına görə əlavə məzuniyyətlərin müddətləri və verilmə qaydaları onların diqqətinə çatdırılıb.

İşçilərlə əmək müqaviləsinin bağlanmasının həm işçilər, həm də işəgötürənlər üçün üstünlükləri, leqal əmək münasibətlərinin sosial-iqtisadi əhəmiyyəti vurğulanıb. Qeyri-rəsmi məşğulluğun qarşısının alınması sahəsində işəgötürənlər tərəfindən səylərin artırılmasının vacibliyi qeyd edilib.

Azvision.az




Teqlər: ƏƏSMN   Müqavilə  





Xəbər lenti