Hava şəraiti dəyişib, bəzi yerlərdə leysan olub

 Hava şəraiti dəyişib, bəzi yerlərdə leysan olub
  30 İyun 2019    Oxunub:1928
Əvvəlcədən xəbər verildiyi kimi, iyunun 29-u axşam və 30-da Qara dəniz istiqamətindən hərəkət edən nisbətən soyuq hava kütləsinin ölkə ərazisinə daxil olması nəticəsində hava şəraiti dəyişib, qeyri-sabit keçib, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli olub. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib.
Bu barədə Azvision.az -a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Bildirilib ki, yağış Ağdamda 23.0 mm (aylıq normanın 37 %-i), Şahdağda 22.0 mm, Daşkəsəndə 22.0 mm (aylıq normanın 19%-i), Xaltanda 19.0 mm, Gədəbəydə 19.0 mm (aylıq normanın 15%-i), Zərdabda 16.0 mm (aylıq normanın 68 %-i), Tərtərdə 14.0 mm (aylıq normanın 28 %-i), Kişçayda 14.0 mm (aylıq normanın 13%-i, Göygöldə 13.0 mm, (aylıq normanın 10%/i), Göyçayda 12.0 mm (aylıq normanın 26 %-i), Şəmkirdə 12.0 mm (aylıq normanın 23 %-i), digər rayonlarda: Oğuzda 10.0 mm, Altıağac, Quba, Şabran, Gəncədə 9.0 mm, Naftalanda 8.0 mm, Qusar, Kürdəmir, Tovuzda 7.0 mm, Yevlax, İsmayıllıda 6.0 mm, Bərdədə 5.0 mm, Şəki, Mərəzə, Qəbələdə 4.0 mm, Balakən, Ağdərədə 3.0 mm, Qrız, Xınalıq, Xaçmaz, Ağstafada 2.0 mm, Şamaxı, Mingəçevirdə 0.0-1.0 mm olub.

Qərb küləyi arabir Naftalanda 32 m/s, Mingəçevirdə 28 m/s, Gəncədə 24 m/s, Bərdə, Ağstafada 16 m/s, Abşeron yarımadasında və Abşeron dəniz rayonunda 19-28 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.5 metrə çatıb. Havanın temperaturu ayın 29-u ilə müqaisədə 8-10 dərəcə aşağı enib.

Azvision.az



Teqlər: ETSN   Hava   Külək   Leysan   Yağış  





Xəbər lenti