Nazir “Şöhrət kurqanı” və “Xatın” kompleksini ziyarət edib

Nazir “Şöhrət kurqanı” və “Xatın” kompleksini ziyarət edib
  03 İyul 2019    Oxunub:2160
Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Belarusda səfərdə olan Müdafiə Nazirliyinin nümayəndə heyəti iyulun 3-də bir sıra tədbirlərdə iştirak ediblər.
Nazirliyin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, 1941-1945-ci illərdə Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə ucaldılan “Şöhrət kurqanı” və “Xatın” memorial kompleksini ziyarət edərək abidələr önünə çiçəklər qoyublar.

Azvision.az



Teqlər: ZakirHəsənov  





Xəbər lenti