Nazir kambocalı həmkarını qəbul edib

  03 İyul 2019    Oxunub : 571
Nazir kambocalı həmkarını qəbul edib
Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasında mədəni və təbii irslə bağlı müzakirələrlə yanaşı, mötəbər tədbirdə iştirak edən yüksək səviyyəli rəsmilərlə işgüzar görüşlər də keçirilir.
Azvision.az xəbər verir ki, sessiyanın sədri, Mədəniyyət naziri Əbülfəs Qarayev iyulun 3-də Kamboca Krallığının Mədəniyyət və İncəsənət naziri Phoeurng Sackona ilə görüşüb.

Görüşdə iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Azərbaycanın dünyada mədəni əlaqələrin inkişafı üçün həyata keçirdiyi tədbirlərin önəmi vurğulanıb. Gələcəkdə iki ölkə arasında mədəni əlaqələrin qurulması, inkişaf etdirilməsi istiqamətində qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Kamboca Krallığının Mədəniyyət və İncəsənət naziri Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının yüksək səviyyədə təşkil edildiyini diqqətə çatdırıb və Azərbaycan hökumətinə təşəkkürünü bildirib.

Qonaq həmçinin ölkəmizin zəngin mədəni irsə malik olduğunu bildirib, səfər müddətində bir sıra tarixi-mədəni məkanları ziyarət etdiyini söyləyib.

Azvision.az

Teqlər: Əbülfəs-Qarayev