Yolu keçən piyadanı maşın vurub

Yolu keçən piyadanı maşın vurub
  09 İyul 2019    Oxunub:2558
Abşeron rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Azvision.az AZƏRTAC-a istinadən xəbər verir ki, insident Bakı-Quba yolunun 20-ci kilometrliyində qeydə alınıb. Belə ki, yolu keçən piyada 1988-ci il təvəllüdlü Hüseynov Rasim Tahir oğlu “Mercedes” markalı avtomobillə vurulub.

Piyada aldığı xəsarətdən hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: Qəza  





Xəbər lenti