Şəkidə mənşəyi bilinməyən ət aşkarlanıb

Şəkidə mənşəyi bilinməyən ət aşkarlanıb
  09 İyul 2019    Oxunub:1706
Qida Təhlükəsizliyi Agentliyi sanitar-gigiyenik normalara uyğun olmayan heyvan kəsimi məntəqələrinin fəaliyyətinin qarşısının alınması məqsədi ilə növbəti monitorinqi Şəkidə keçirib.
Agentliyin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Şəki Şəhər İcra Hakimiyyəti və Daxili İşlər Nazirliyinin yerli orqanlarının əməkdaşlarının iştirakı ilə keçirilən reydlər nəticəsində qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələrində satışda olan ətin üzərində möhür olmadığı və bəzi kəsim məntəqələrində isə mənşəyi bilinməyən heyvan əti aşkarlanıb.



Qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələrinin sahiblərinə ciddi xəbərdarlıq edilib və qida təhlükəsizliyi tələblərinə uyğun olmayan, yol kənarlarında quraşdırılmış kəsim qurğuları icra hakimiyyəti orqanlarının nümayəndələri tərəfindən sökülüb.

Agentlik aidiyyəti qurumlarla birgə qanunvericiliyin tələblərinə uyğun olaraq heyvan kəsiminin tənzimlənməsi ilə əlaqədar monitorinqlər bundan sonra da davam etdirəcək və qanunla müəyyən olunmuş qaydada tədbirlər görəcək.



Azvision.az



Teqlər: AQTA   Şəki  





Xəbər lenti