Qəzaya düşən maşın qanunsuz sərnişin daşıyırmış - Rəsmi

   Qəzaya düşən maşın qanunsuz sərnişin daşıyırmış -    Rəsmi
  09 İyul 2019    Oxunub:4511
Masallıda yük maşını ilə toqquşan "Mercedes Vito" qeyri-qanuni sərnişin daşıma ilə məşğul olub.
Bu barədə Azvision.az -a Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib.

Onun sözlərinə görə, sürücülər qeyri-qanuni sərnişin daşımalarını gizlətmək üçün qohumlarını apardıqlarını deyirlər.

"Bunlar bizim yaralı yerimizdir. "Mercedes Vito"lar qeyri qanuni fəaliyyət göstərirlər. Həm biz, həm Dövlət Yol Polisi bununla bağlı mübarizə aparır. Qanuni daşımalarda da bu halların olması bizi təəssüfləndirərdi. Həyatını dəyişən insanlar üşün təəssüf edirik".

Qeyd edək ki, Masallıda yük maşının "Mersedes Vito" markalı mikroavtobusla toqquşması nəticəsində 8 nəfər ölüb, 1 nəfər isə yaralanıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: Qəza   Masallı  





Xəbər lenti