5947 kq yarasız ət aşkarlanıb

  09 İyul 2019    Oxunub : 577
5947 kq yarasız ət aşkarlanıb
Baytarlıq nəzarəti sahəsində Agentlik tərəfindən ümumilikdə 124 yoxlama aparılıb və 54 inzibati tənbeh vermə haqqında qərar qəbul edilib. İnzibati tənbeh vermə haqqında qərarlardan 8-i xəbərdarlıq, 46-də inzibati qaydada cərimə edilməsi barədə qərar qəbul edilib və 15 590 manat cərimə tətbiq edilib.
Azvision.az xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib. O bildirib ki, baytarlıq nəzarəti tədbirləri nəticəsində, baytarlıq müfəttişləri tərəfindən müvafiq nöqsanların aradan qaldırılması ilə baölı ölkə üzrə ümumilikdə 46187,5 kq ət və ət məhsulları məhv edilib.

Agentlik sədrinin sözlərinə görə, idxal edilmiş 58200 kq məhsul isə ixracatçı ölkəyə geri qaytarılıb: "Agentlik tərəfindən Daxili İşlər Nazirliyi əməkdaşlarının köməyilə keçirilmiş əməliyyat tədbirləri nəticəsində mikrobioloji və orqanoleptik cəhətdən qüvvədə olan normativ-texniki sənədlərin tələblərinə cavab verməyən 5 947 kq ət aşkar olunub.

Agentliyin fəaliyyət göstərdiyi dövrdə 112 sahibkardan 893 baytarlıq preparatının qeydiyyata alınması üçün 264 müraciət daxil olub. Müraciətlər üzrə 243 baytarlıq preparatının, 42 yem və 51 yem əlavəsinin sınaq təcrübələri başa çataraq qeydiyyata götürülüb, 545 məhsulu sınaq prosesi hazırda davam etdirilirməkdədir, 12 adda baytarlıq preparatının qeydiyyatı isə dayandırılıb".

Azvision.az

Teqlər: AQTA