AQTA 400 bağçanı yoxlayacaq

 AQTA 400 bağçanı yoxlayacaq
  09 İyul 2019    Oxunub:2770
Son zamanlar mətbuatda uşaq bağçalarının yoxlanılması və bizim tərəfimizdən 1500 manat cərimə yazılması ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil.
Azvision.az xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib. O bildirib ki, respublikada 1600 uşaq bağçasından seçmə yolu ilə 400-ündə monitorinqlərin keçirilməsi planlaşdırılır.

"Məqsəd böyüməkdə olan nəslin sağlam qidalanma ilə təmin olunmasıdır. Səhiyyə Nazirliyi tərəfindən məktəbəqədər müəssisələrdə uşaqların qidalanma rasionu işlənib hazırlanıb və Nazirlər Kabinetinə təqdim edilib. Yəqin yaxın vaxtlarda təsdiqini tapar. Bağçalarda qidalanma rasionu tətbiq olunmalı və onun qida təhlükəsizliyi təmin olunmalıdır".

Q. Təhməzli bildirib ki, Azərbaycanın bütün ərazilərində körpələrə eyni qida verilmir: "Məsələn, elə bölgə var ki, orada dəmir çatışmazlığı var. Nəticədə həmin bölgədə dəmir defisitli animiya var. Bizim qız uşaqlarda bu daha çox müşahidə edilir. 2017-ci ildə dəmir defisitli anemiya qadınlar arasında 44 faiz olub",-deyə o əlavə edib.

Aytən Zəhra

Azvision.az



Teqlər: AQTA   Baxça  





Xəbər lenti