Mehriban Əliyeva MEDEF Biznes Şurasının prezidenti ilə görüşüb - Yenilənib (FOTOLAR)
MEDEF-in Biznes Şurasının prezidenti Jofrua Ru de Beziö Fransa müəssisələrinin 170-ə yaxın nümayəndəsinin ölkəmizə səfər etdiyini bildirdi, Azərbaycanda keçirdikləri görüşləri yüksək dəyərləndirdi, ölkələrimiz arasında mövcud əməkdaşlığın yüksək səviyyədə olduğunu dedi.
Enerji sektorunda əldə edilən nailiyyətlərdən danışan qonaq Fransa şirkətlərinin qeyri-neft sahəsində - informasiya texnologiyaları, innovasiyalar, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi, turizm kimi istiqamətlərdə əlaqələrin qurulmasında maraqlı olduqlarını diqqətə çatdırdı. Jofrua Ru de Beziö Fransa şirkətlərinin Azərbaycanda daha da fəal çalışmaları üçün ölkəmizdə bütün şəraitin mövcud olduğunu diqqətə çatdırdı. Görüşdə bu ilin martında Mehriban Əliyevanın Fransaya səfərinin ikitərəfli əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyəti vurğulandı.
Azvision.az
Teqlər: Mehriban-Əliyeva MEDEF