Aqrar universitetin yeni korpusu ilin sonunadək təhvil veriləcək

   Aqrar universitetin yeni korpusu ilin sonunadək təhvil veriləcək
  13 İyul 2019    Oxunub:2037
Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusu cari ilin sonunadək təhvil veriləcək.
Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında universitetin rektoru İbrahim Cəfərov deyib.

Onun sözlərinə görə, ötən il korpusunun tikintisinə 5 milyon manat, bu il isə 14 milyon manatdan çox vəsait ayrılıb.

"Ümumilikdə son 3 ildə universitetin maddi texniki bazasının güclənməsi üçün 50 milyon manatdan çox dövlət vəsaiti ayrılıb. Bu müddət ərzində, universitetin 2 yataqxanası tikilib ki, onların hər birinin inşasına təxminən 15 milyon manat vəsait yatırılıb".

Rektor bildirib ki, cari ildə universitetin nəzdində peşə məktəbinin tikintisinə 3 milyon manat vəsait ayrılıb.

“Hazırda Avropada abituriyent peşə məktəbini əla qiymətlərlə bitirdikdə, seçdiyi ixtisas üzrə kollecə imtahansız daxil olur. Kolleci əla qiymətlərlə bitirdikdə də, o, universitetə qəbul ola bilir. Bunları yaratmaq üçün bu il peşə məktəbi istifadəyə veriləcək. Bundan başqa, biologiya sahəsində gen mühəndisliyi böyük önəm kəsb edir. Bunun üçün də 3 milyon manat vəsait ayrılıb ki, onun 1 milyon manatı binanın təmirinə, 2 milyon manatı isə ora lazımı olan avadanlığın alınmasına sərf ediləcək".

İ.Cəfərov qeyd edib ki, sentyabr ayının 15-də molekulyar biologiya mərkəzi də tikilib istifadəyə veriləcək.

Aytən Zəhra
Azvision.az


Teqlər: ADAU  





Xəbər lenti