Qaçqınlarla birgə addımlayaq - FOTOLAR

 Qaçqınlarla birgə addımlayaq -    FOTOLAR
  13 İyul 2019    Oxunub:2073
Dövlət Miqrasiya Xidməti “Qaçqınlarla birgə addımlayaq” qlobal kampaniyasına dəstək məqsədilə qaçış təşkil edib.
Xidmətdən Azvision.az -a verilən məlumata görə, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan nümayəndəliyi tədbirin keçirilməsində yaxından iştirak edib.



Dövlət Miqrasiya Xidmətinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşlarının, Miqrasiya könüllülərinin, BMT QAK-ın Azərbaycandakı nümayəndəliyinin, Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT), Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin (MSİBM) təmsilçilərinin iştirakı ilə keçirilən yürüşün məqsədi “Qaçqınlarla birgə addımlayaq” qlobal kampaniyasına dəstək vermək, dünyada mövcud olan qaçqın və məcburi köçkünlərin problemlərinə diqqəti artırmaq, eləcə də sağlam həyat tərzini təbliğ etməklə insanları xeyirxah amallar ətrafında birləşdirməkdir.



“Qaçqınlarla birgə addımlayaq” layihəsi çərçivəsində təşkil edilən idman yarışına 60-a yaxın iştirakçı qatılıb. İştirakçılar Ağ şəhər bulvarı boyu 4 kilometr məsafəni qət ediblər.

Yarışda kişilər arasında Elmar Mürsəlov qalib olub. Tuncay Şamil finiş xəttini 2-ci keçib. Elfan Quliyev 3-cü yerə layiq görülüb. Qadınlar arasında ən yaxşı nəticəni Elnarə İsmayılova göstərib. Aydan Seyidova finişə 2-ci çatıb. Fidan Qələndərova 3-cü yerlə kifayətlənib.

Qaliblərə diplom və pul mükafatı təqdim edilib.

Azvision.az


Teqlər: Miqrasiya   Qaçqın  





Xəbər lenti