Bu universitetdə 2 yeni ixtisas tədris ediləcək

  13 İyul 2019    Oxunub : 680
 Bu universitetdə 2 yeni ixtisas tədris ediləcək
Azərbaycan Dövlət Aqrar Universitetində gələn il iki yeni ixtisasın tədris edilməsi nəzərdə tutulur.
Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında universitetin rektoru İbrahim Cəfərov deyib. Rektor bildirib ki, hazırda tələbələr universitetdə 31 ixtisas üzrə təhsil alır:

"Ötən il Nazirlər Kabinetində müraciət etdik və şərabçılıq, bitki mühafizəsi, bağçılıq və tərəvəzçilik ixtisası üzrə yeni ixtisaslar əlavə edildi. Bu gün Azərbaycan Dövlət Aqrar Universitetində 6 fakültə var və 5500-dən artıq tələbəmiz 31 ixtisas üzrə təhsil alır. Arıçılıq və ipəkçilik üzrə daha 2 yeni ixtisasa ehtiyac var. Bu məsələni sonuncu kollegiyada da qaldırmışam. Nazirlər Kabinetinə müraciət ediləcək və yəqin ki, növbəti tədris ilində bu 2 yeni ixtisasın tədrisinə də başlayacağıq".

Aytən Zəhra
Azvision.az

Teqlər: ADAU   İxtisas   Tədris