Abşeronda narkotik satan şəxs saxlanılıb

  13 İyul 2019    Oxunub : 621
Abşeronda narkotik satan şəxs saxlanılıb
Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Abşeron rayonunun ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Şahbuz rayon sakini R.İbrahimov saxlanılıb.
Azvision.az DİN-in saytına istinadən xəbər verir ki, şəxsi axtarış zamanı ondan 301 qrama yaxın heroin aşkar edilib.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun Gənclər Şəhərciyindəki kirayədə yaşadığı mənzildən isə əlavə olaraq 1 kiloqram 210 qram heroin aşkar edilərək götürülüb.

Azvision.az

Teqlər: Narkotik   Abşeron