Daha iki cüdoçumuz mübarizəyə başlayır

Daha iki cüdoçumuz mübarizəyə başlayır
  13 İyul 2019    Oxunub:1735
İyulun 12-də Budapeştdə start götürən cüdo üzrə Qran-Pri turniri davam edir.
Azvision.az xəbər verir ki, yarışların ikinci günü daha iki cüdoçumuz mübarizəyə başlayır. Komandamızın üzvü Telman Vəliyev (73 kq) portuqaliyalı Nuna Saraivo, Araş Ağayi (81 kq) argentinalı idmançı Luçenti Emmanuel Luçenti ilə mübarizə aparacaq.

Qeyd edək ki, Qran-Pri turnirinin birinci günündə 7 cüdoçumuz mübarizə aparıb. Komandamızın aktivində hələlik medal yoxdur.

Azvision.az


Teqlər: Cüdo   Budapeşt  





Xəbər lenti