Cırdaxan meşəbəyliyində baş verən yanğın söndürülüb

Cırdaxan meşəbəyliyində baş verən yanğın söndürülüb
  13 İyul 2019    Oxunub:1577
Yevlax rayonunun Cırdaxan meşəbəyliyində baş verən yanğın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) yerli qurumlarının əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin Regional Dövlət Yanğından Mühafizə Xidmətinin şəxsi heyəti tərəfindən söndürülüb.
ETSN-in Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, ilkin hesablamalara görə 4,3 hektar ərazidə quru ot örtüyü, yulğun kolları yanıb, bəzi ağacların alt budaqları ütülüb, oduncaq itkisi qeydə alınmayıb.

Yanğının ərazidən keçən yüksək gərginlikli elektrik xətlərinin güclü külək nəticəsində toqquşmasından çıxan qığılcımdan baş verdiyi ehtimal olunur.

ETSN vətəndaşlardan xahiş edir ki, təbiət ərazilərində olarkən odla ehtiyatlı olsunlar, yanğın gördükləri zaman dərhal yerli meşə idarələrinə və Nazirliyin 168 nömrəli qaynar xəttinə məlumat versinlər.

Azvision.az


Teqlər: Yanğın   ETSN  





Xəbər lenti