Lerikdə 4 otaqlı ev yanıb

  13 İyul 2019    Oxunub : 951
Lerikdə 4 otaqlı ev yanıb
Lerik rayonunda 4 otaqlı ev yanıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, Lerik rayonunun Büzeyir kəndində ümumi sahəsi 264 m² olan kürsülü, birmərtəbəli 4 otaqlı evin çardağının yanar konstruksiyaları və çardağına yığılan 12 ton ot bağlamasının 8 tonu yanıb.

Evin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az

Teqlər: FHN   Lerik   Yanğın