Liftdə qalan 3 nəfər xilas edilib

Liftdə qalan 3 nəfər xilas edilib
  14 İyul 2019    Oxunub:1658
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Suraxanı, Binəqədi və Yasamal rayonlarında ayrı-ayrı ünvanlarda ikisi azyaşlı olmaqla 3 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək ediblər.

Azvision.az


Teqlər: FHN   Lift  





Xəbər lenti