Şanxayda 476 evin əksəriyyəti sökülüb - “Azərbaycan Dəmir Yolları”

 Şanxayda 476 evin əksəriyyəti sökülüb -  “Azərbaycan Dəmir Yolları”
  15 İyul 2019    Oxunub:2910
Dəmir yolunun 2-ci blok-post – Böyük Şor mənzilində (el araslnda Şanxay adlanan yerdə) dəmir yolunun mühafizə zolağında qeyri-qanuni tikililər söküləndən sonra ərazi təmizlənir. Bu barədə Azvision.az -ın sorğusuna cavab olaraq “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.
Məlumatda bildirilib ki, həmin ərazidə dəmir yolunun mühafizə zolağında 476 qeyri-qanuni tikilinin əksəriyyəti sökülüb. 21 ev müəyyən səbəblərdən hələ sökülməyib.

“Hazırda qatarların təhlükəsiz hərəkətinin təmin etmək üçün tədbirlər görülür, söküntü materialları daşınır, ərazi təmizlənir. Dünya təcrübəsində olduğu kimi, “Azərbaycan Dəmir Yolları” QSC-də də sürətli qatarların təhlükəsiz hərəkəti və insanların təhlükəsizliyinin təmin olunması üçün, mühafizə zolağı boyunca, xüsusilə təhlükəli ərazilərdə çəpərləmə və hasarlama işləri işləri aparılır”.

Məlumatda bildirilib ki, dəmir yolunun təhkim zolağındakı adıçəkilən tikililərin hamısı qeyri-qanuni idi.

““Nəqliyyat haqqında“ qanunun, Torpaq Məcəlləsinin tələblərinə uyğun olaraq, Nazirlər Kabineti “Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları“nın və “Dəmir yolları üçün və dəmir yolunun sanitariya-mühafizə zonası üçün torpaqayırma normaları“nın təsdiq edilməsi haqqında“ 23 fevral 2005-ci ildə 33 saylı qərar qəbul edib.

Sənədin “Dəmir yolunun xüsusi mühafizə zonasında və təhkim zolağında, həmçinin dəmir yollarının sanitariya-mühafizə zonasında torpaq sahələrindən istifadə olunması“ bölməsində qeyd edilib ki, xüsusi mühafizə zonası hüdudlarında yalnız dəmir yolu obyektlərinin möhkəmliyi və dayanıqlığının təmin edilməsinə yönəldilmiş işlər görülə bilər. Xüsusi mühafizə zonası ərazisində hər hansı digər təsərrüfat fəaliyyəti qadağandır”.

Aytən Zəhra
Azvision.az




Teqlər: Ady   Şanxay  





Xəbər lenti