30 uşaq günərzi qayğı mərkəzinə cəlb olunub
Bildirilib ki, onlar övladlarını təkbaşına böyüdən valideynlərin sosial təhlükəli vəziyyətdə olan uşaqları, habelə aztəminatlı (sosial yardım təyin edilmiş) ailələrin uşaqlarıdır.
Nazirliyin sifarişinə uyğun olaraq mərkəzin fəaliyyətində məqsəd bu kateqoriyadan olan uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması, ümumən çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsidir.
Zəruri təchizat işlərinin aparıldığı mərkəzdə uşaqlar gündəlik olaraq və yarımstasionar formada xidmətlərlə təmin olunurlar. Uşaqların təlim-tərbiyəsi, qidalanmaları, eləcə də müxtəlif dərnəklər vasitəsilə bacarıqlarının inkişaf etdirilməsi üçün işlər aparılır. Onların asudə vaxtının maraqlı keçməsi üçün mütəmadi olaraq ekskursiyalar, müxtəlif gəzintilər də təşkil edilir.
Mərkəzdə pedaqoqlar, tərbiyəçilər, sosial işçilər, psixoloqlar, musiqi müəllimi, aşbaz və digər işçilər fəaliyyət göstərirlər.
Azvision.az
Teqlər: ƏƏSMN Hacıqabul Günərzi