Neftçalada dənizdə batanlardan ikisinin meyiti tapıldı

   Neftçalada dənizdə batanlardan ikisinin meyiti tapıldı
  25 İyul 2019    Oxunub:2218
Neftçalada dənizdə batan 3 nəfərdən 2-nin meyiti tapılıb.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, 24.07.2019-cu il tarixində Neftçala rayonunda, dənizdə, qeyri-çimərlik ərazidə (nəzarətsiz) batan 3 nəfərdən ikisinin meyiti (şəxsiyyətləri dəqiqləşdirilir) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Digər şəxsin axtarışları davam etdirilir. Əlavə məlumat veriləcək.

Azvision.az




Teqlər: FHN   Neftçala  





Xəbər lenti